Tibbi xəbərlər
İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfində
Tibbi xəbərlər
230

İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfində hansı yeniliklər olacaq? - Açıqlandı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, 2025-ci ildə Xidmətlər Zərfində dəyişikliklərin aparılması planlaşdırılır. Bu məqsədlə cari ildə müvafiq ictimai müzakirələr təşkil edilib.

E-saglam.az xəbər verir ki, Aynurə Əhmədova Xidmətlər Zərfində ediləcək dəyişikliyin 3 istiqamətdə aparılacağını deyib:

“Xidmətlər Zərfi genişləndirilərək yeni xidmətlər əlavə ediləcək. Bunlar arasında kəsiksiz damar əməliyyatları, travmatoloji müdaxilələr, qarın boşluğu, baş-beyin və göz əməliyyatları kimi mürəkkəb cərrahi müdaxilələr yer alacaq. Məqsəd isə tibbi xidmətlərin daha əlçatan olmasını təmin etməkdir”.

İkinci istiqamətdə dəyişiklik xidmətlərin adlarının daha dəqiq və izahlı şəkildə yazılması ilə bağlı olacaq. Bu dəyişikliklər tibb heyətinin işini asanlaşdıracaq və vətəndaşların tibbi xidmətlər haqqında daha məlumatlı olmasını təmin edəcək.

Üçüncü istiqamətdə dəyişiklik bəzi tibbi xidmətlərdə istifadə edilən xüsusi tibbi sərfiyyatın tibbi xidmətə nəzərən nizamlanması ilə bağlı olacaq. Bura beyin və ürək arteriyalarına implantasiya edilən stentlər, dərman ifraz edən və ya etməyən koronar və periferik stentlər, trombolitik maddələr (tromb əridən preparatlar) daxildir.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun