Vakansiya
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vakansiya elan edir
Vakansiya

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vakansiya elan edir

E-saglam.az vakansiya ilə bağlı ətraflı məlumatları təqdim edir: 

Vəzifə: Kiçik mütəxəssis, Mütəxəssis, Baş mütəxəssis

Şöbə: Tibbi ekspertiza şöbəsi

Vəzifə öhdəlikləri:

  • Tibb təchizatçısı tərəfindən göstərilmiş tibbi xidmətlərə dair hesabatların (reyestrlərin), və digər tələb edilən sənədlərin alınması;
  • Tibb təchizatçıları tərəfindən təqdim olunmuş reyestrlərə əsasən göstərilmiş tibbi xidmətlərin ilkin texniki və tibbi dəyərləndirilməsinin həyata keçirilməsi;
  • Sığorta hadisəsi zamanı, sığorta olunana göstərilən tibbi xidmətin keyfiyyətinə nəzarət edilməsi, yaranan nöqsanların araşdırılması.
  • Tibbi-iqtisadi ekspertizanın aparılması zamanı yaranan mübahisəli məsələlərin araşdırılması məqsədi ilə tibb heyəti ilə görüşlərin keçirilməsi;
  • Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
  • Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.

    Vəzifə üçün tələblər:

  • Baza ali tibbi təhsil (Rezidentura təhsili üstünlükdür);
  • Tibb sahəsində həkim olaraq 1 ildən az olmayaraq ümumi əmək stajı (həkim və ya həkim-ekspert olaraq sığorta şirkətlərində iş təcrübəsi üstünlükdür);
  • Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
  • Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
  • Xarici dil bilikləri arzuolunandır;
  • Ofis proqramları üzrə biliklər;
  • İxtisası üzrə sertifikatların olması arzu olunandır.

Maraqlanan namizədlər CV-lərini 03 oktyabr 2021-ci il tarixinədək [email protected]  e-mail ünvanına göndərə bilərlər.

Müraciət olunan  vəzifənin adı qeyd edilməlidir.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəqabətədavamlı əmək haqqı.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun