“İcbari tibbi sığorta sistemi çərçivəsində ambulator xidmət göndəriş vərəqində qeyd olunubsa, pasiyent 21 gün ərzində xəstəxanaya müraciət edə bilər”.
E-saglam.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov deyib.
O qeyd edib ki, pasiyent üzərində hər hansı əməliyyat icra edilibsə, 45 gün ərzində təkrar olaraq eyni həkim və xəstəxanaya müraciət edə bilər: “Şikayət fərqlidirsə başqa göndərişlə ayrı həkimə müraciət edilməlidir”.