Mütəxəssislər selenium adlı maddənin bədən üçün çox faydalı olduğunu bildirirlər.
E-saglam.az xəbər verir ki, gündə bir kasa seleniumla zəngin qida yemək hüceyrələrin yenilənməsinə kömək edir və stressi azaldır.
Selenium nədir və niyə vacibdir?
Selenium güclü antioksidantdır. Bədəndəki hüceyrələri qoruyur və onların sağlam qalmasına kömək edir. Eyni zamanda qocalmanı yavaşlatmağa kömək edə bilər.
Stress və yaddaş üçün faydalıdır
Stress, yorğunluq və unutqanlıq kimi problemlərlə mübarizədə seleniumun rolu böyükdür. Beynin daha yaxşı işləməsinə və diqqətin artırılmasına yardım edir.
Nə yeməliyik?
Seleniumu təbii yolla almaq üçün bu qidaları yeyə bilərsiniz:
- Qoz
- Balıq
- Tam taxıllar (qarabaşaq, yulaf və s.)
Bu qidalar həm də digər vitamin və minerallarla zəngindir və ümumi sağlamlıq üçün faydalıdır.
Tərcümə: Könül Oruc