Koronavirus səbəbindən Hindistanda daha dəhşətli bir xəstəlik epidemiya halını alır. Ölkənin tibb işçiləri həyəcan təbili çalır.
E-saglam.az medicina.az-a istinadən xəbər vermişdi ki, mukormikoz adlı göbələk xəstəliyi ölümcüldür. Xalq arasında “qara kif” adı verilən xəstəlik artıq Hindistanın 2 ştatı – Radcastan və Telanqana yayılıb.
Radcastanın səhiyyə rəhbəri Ahil Aror bildirib ki, mukormikoza yoluxan insanların sayı artır. Bu infeksiya koronavorusun ağırlaşması kimi baş qaldırıb.
Hazırda 2 ştatda qara kiflə xəstələnmiş 100 insan qeydə alınıb.
Bu xəstələr üçün ayrıca xəstəxana ayrılıb.
Göbələk xəstə insandan digər insana keçir.