Tibbi xəbərlər
Hindistanda yayılan saç tökülməsi epidemiyası
Tibbi xəbərlər
439

Hindistanda yayılan saç tökülməsi epidemiyası nədir?

Hindistanın Buldhana bölgəsindəki kəndlərdə sürətlə yayılan və saç tökülməsinə səbəb olan bir epidemiya narahatlıq yaradıb.

E-saglam.az xəbər verir ki, səhiyyə işçiləri təcili olaraq bölgəyə cəlb edilib, mütəxəssislər isə epidemiyanın mənbəyini müəyyənləşdirmək üçün çalışırlar.

Yerli əhali arasında "saçsızlıq virusu" kimi tanınan bu xəstəliyin ilkin araşdırmalara əsasən, saç, baş dərisi və dırnaqlara təsir edən bir göbələk infeksiyası olmadığı bildirilib. Bununla yanaşı, mütəxəssislər bunun yalnız ilkin nəticələr olduğunu və dəqiq diaqnoz üçün daha geniş analizlərə ehtiyac olduğunu vurğulayıblar.

Həlledici əhəmiyyət daşıyan mikrobioloji hesabatların cümə axşamına qədər yayımlanması gözlənilir.

Digər tərəfdən, Hindistan Tibb Araşdırmaları Şurasından (ICMR) bir ekspert qrupunun iki gün ərzində bölgəyə səfər edərək ətraflı araşdırmalara başlayacağı açıqlanıb.

Bu epidemiya yerli sakinlər arasında ciddi narahatlığa səbəb olub və hökumət tərəfindən ciddi nəzarət altına alınıb. (BAKU.WS)

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun