Tibbi xəbərlər
Himayədar ailə (himayədar valideyn) olma zamanı tibbi müayinə
Tibbi xəbərlər
270

Himayədar ailə (himayədar valideyn) olma zamanı tibbi müayinə PULSUZ olacaq

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib.

E-saglam.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, himayədar ailə (himayədar valideyn) olma zamanı tələb olunan müayinə də Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri”nə daxil edilib.

Başqa sözlə, inzibati məqsədlərlə digər müayinələrin tarifi 90 manatdır. Beləliklə, himayədar ailə (himayədar valideyn) olma zamanı tələb olunan belə müayinə pulsuz olacaq, 90 manat alınmayacaq.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun