Yandex watch
Hıçqırıqdan necə tez qurtulmaq olar?

Hıçqırıq (elmi adı ilə "diafraqmanın sinkopal refleksi") – diafraqma əzələsinin qeyri-ixtiyari daralması nəticəsində yaranan, səs boşluğunun qəfil bağlanması ilə müşayiət olunan refleksdir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, əsas səbəblər arasında həddindən artıq yemək, qazlı və ya spirtli içkilər, sürətli qida qəbulu və vagus və ya frenik sinirin həddindən artıq stimullaşması yer alır. Daha az hallarda isə səbəb sinir sistemi ilə bağlı problemlər ola bilər.

Əksər hallarda hıçqırıq 3-10 dəqiqə ərzində keçir. Amma bəzən bu simptom xroniki xarakter daşıyır və 48 saatdan çox davam edə bilər. Belə hallarda həkimə müraciət vacibdir.

Hıçqırığın əsas səbəbləri

Fizioloji amillər:

Həddindən artıq yemək – mədənin şişməsi diafraqmaya təzyiq göstərərək hıçqırığa səbəb olur.

Dehidrasiya – elektrolit balansının pozulması diafraqmanın funksiyasına təsir edir.

Sürətli yemək və zəif çeynəmə – mədədə hava toplanması və qida borusunun qıcıqlanması nəticəsində refleks tətiklənir.

Kəskin və ya spirtli qidalar – selikli qişanın qıcıqlanması vagus sinirini aktivləşdirə bilər.

Psixoloji amillər:

  • Stress, emosional gərginlik və ya travmalar da diafraqmanın qeyri-ixtiyari daralmasına səbəb ola bilər.

Xarici tətiklər:

  • İçkilərin və ya qidaların temperaturundakı kəskin dəyişikliklər və ya qazlı içkilər hıçqırığa yol aça bilər.

  • Siqaret çəkənlərdə də bu refleks tez-tez müşahidə olunur.

Hıçqırıqdan qurtulmağın effektiv yolları

Nəfəsi tutmaq: Dərin nəfəs alıb 10-20 saniyə saxlayın. Bir neçə dəfə təkrarlayın.

Suyu yavaş-yavaş içmək: Kiçik qurtumlarla içilən su vagus sinirini sakitləşdirə bilər. Alternativ olaraq, bir qurtumda tam bir stəkan su içmək də təsirlidir.

Bir çay qaşığı şəkər – dilin üstündə saxlanması sinir uclarını stimullaşdıraraq hıçqırığı dayandıra bilər.

Turş dadlar (sirkə və ya limon suyu) – az miqdarda istifadə etmək olar, lakin qastrit və ya mədə xəstəlikləri olanlara tövsiyə edilmir.

Əgər bu üsullar mümkün deyilsə:

Meditasiya və nəfəs məşqləri: Rahat vəziyyətdə oturub dərin nəfəs alıb-vermək.

Əzələləri rahatlama: Bədəni maksimum şəkildə boş buraxmaq.

Diqqəti yayındırmaq: Məsələn, filmə baxmaq, kitab oxumaq və ya bir tapşırıqla məşğul olmaq.

Fiziki məşq: Yerə uzanıb dizləri sinəyə çəkməklə nəfəsi bir neçə saniyə saxlamaq.

Həkimə nə vaxt müraciət etməli?

Hıçqırıq 24 saatdan çox davam edərsə və ya bu simptomlarla müşayiət olunarsa, mütləq mütəxəssisə müraciət edilməlidir:

  • Sinə ağrısı və nəfəs almaqda çətinlik

  • Qusma və ya udma problemi

  • Nitq pozğunluğu, əzələ zəifliyi

  • Qızdırma

  • Qanlı öskürək

  • Baş və ya sinə travmasından sonra başlayan hıçqırıq

  • Dərman qəbulu ilə bağlı yaranan və ya həyat keyfiyyətini pisləşdirən hıçqırıq

Hıçqırıqla əlaqəli xəstəliklər

  • Frenik sinirin qıcıqlanması: GERD, diafraqma yırtığı, mediastinal şişlər.

  • Mərkəzi sinir sistemi pozuntuları: İnsult, beyin şişləri, çox skleroz.

  • Vagus sinirinin disfunksiyası: Qastrit, mədə və onikibarmaq bağırsaq xoraları.

Bəzi hallarda hıçqırıq metabolik pozuntular (uremiya, hipokalsemiya) və ya psixosomatik problemlərlə də əlaqəli ola bilər.

Hıçqırıq diafraqmanın və onu idarə edən sinirlərin pozulması ilə əlaqəli neyrofizioloji refleksdir. Əksər hallarda təhlükəsiz olsa da, uzunmüddətli və ya tez-tez təkrarlanan hallarda ciddi xəstəliklərin əlaməti ola bilər. Ev üsulları ilkin mərhələdə kömək edə bilər, lakin davamlı simptomlar üçün mütləq həkimə müraciət edilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az