Mütəxəssislərin fikrincə, saçların tez yağlanması əsasən baş dərisindəki vəzilərin həddindən artıq sebum (yağ) istehsal etməsi ilə bağlıdır. Bu vəziyyət genetik meyillilik, hormonal dəyişikliklər, stress və ya yanlış qulluq vasitələrinin istifadəsi nəticəsində yarana bilər.
E-saglam.az xəbər verir ki, dermatoloqların tövsiyələrinə görə, saç yağlanmasını azaltmaq üçün aşağıdakı qaydalara əməl etmək vacibdir:
1. Düzgün şampun seçin. Yağlı saçlar üçün nəzərdə tutulan, tərkibində silikon və ağır yağlar olmayan yüngül şampunlardan istifadə edin.
2. Saçı çox tez-tez yumaqdan çəkinin. Hər gün saç yumaq, əksinə, vəziləri daha çox yağ ifraz etməyə stimullaşdırır.
3. İlıq su istifadə edin. Çox isti su baş dərisini qurudur və yağ ifrazını artırır.
4. Düzgün qidalanma. Yağlı və qızardılmış yeməkləri azaltmaq, C və B qrup vitaminləri ilə zəngin qidaları artırmaq lazımdır.
5. Dəriyə qulluq edin. Həftədə bir dəfə gil və ya sirkə əsaslı təbii maskalar yağ balansını tənzimləyə bilər.
Həmçinin, mütəxəssislər bildirirlər ki, bu tədbirlər nəticə verməzsə, endokrinoloq və ya dermatoloqa müraciət edilməlidir, çünki problem daxili hormonal pozğunluqlarla da bağlı ola bilər.
Nəzrin Abbas
E-saglam.az