Qidalanma
Qan damarlarını gücləndirən
Qidalanma
19

Qan damarlarını gücləndirən giləmeyvələr açıqlandı

Bəzi mövsümi giləmeyvələr ürək-damar sisteminin sağlamlığı üçün xüsusilə faydalıdır. Terapevt və diyetoloq Qalina Volkova "RİA Novosti"yə açıqlamasında qan damarlarını möhkəmləndirən əsas giləmeyvələri sadalayıb.

E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, böyürtkənmoruq yüksək miqdarda C vitaminiantioksidantlarla zəngindir. Bu maddələr damar divarlarını möhkəmləndirir, qan dövranını yaxşılaşdırır və iltihabi proseslərin qarşısını alır.

Volkova əlavə edib ki, yaban mersini görmə üçün faydalı olmaqla yanaşı, tünd üzüm kimi ürək və damar sağlamlığını dəstəkləyir.

Faydalı giləmeyvələr sırasında həmçinin bektaşi üzümü, qarağat, eləcə də kaliummaqneziumla zəngin qarpız da yer alır — bunlar qan təzyiqini tənzimləməyə və orqanizmdə su balansını qorumağa kömək edir.

Nəzrin Abbas

E-saglam.az 


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun