Qidalanma
Kilo vermək və həzmi yaxşılaşdırmaq üçün
Qidalanma
17

Kilo vermək və həzmi yaxşılaşdırmaq üçün ideal taxıl

Darı kilo verməyə, həzmi yaxşılaşdırmağa və bədənin təbii təmizlənmə proseslərini dəstəkləməyə kömək edir.

E-saglam.az xəbər verir ki, bu barədə "Pravda.Ru" həkimlərə istinadən xəbər verir.

Bu taxıl şişkinliyə səbəb olmur, toxluq hissi yaradır və qlütenə dözümsüz olanlar üçün uyğundur. Tərkibində zülal, həzmi normallaşdıran lif və maqnezium var. Maqnezium sinir sistemini dəstəkləyir və qarın bölgəsində yağ yığılmasına səbəb olan stressi azaldır.

Həkimlərin sözlərinə görə, darı B vitamini ilə zəngindir, metabolizmi sürətləndirir və bitki zülalı pəhriz zamanı əzələ kütləsini qorumağa kömək edir. Aşağı glisemik indeksi sayəsində qan şəkəri yeməkdən sonra yavaş-yavaş yüksəlir və aclıq daha gec geri qayıdır.

Diyetisyen İrina Pisareva əlavə edir ki, səhərlər tam taxıllı darı yeyənlər gün boyu enerjili olurlar.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun