"Pyaterochka" ekspertləri mağazada tərəvəz və meyvələrin necə seçilməli və evdə necə saxlanmalı olduğunu açıqlayıb.
E-saglam.az xəbər verir ki, mağazada tərəvəz və meyvələri seçərkən sanitariya standartlarına, temperatur şəraitinə və sertifikatların mövcudluğuna diqqət yetirmək vacibdir. bu barədə "Pyaterochka" pərakəndə satış şəbəkəsinin İdxal Təchizatının Keyfiyyət Şöbəsinin müdiri İrina Plyashko bildirib.
Onun sözlərinə görə, məhsul seçərkən rəng, sıxlıq və qoxu əsas meyarlardır. Hətta kiçik küf də məhsulu təhlükəli edə bilər. Maksimal qida dəyəri üçün mövsümi məhsulları almaq tövsiyə olunur. Mövsümi tərəvəz və meyvələr açıq sahədə, əlavə gübrə və süni işıq olmadan yetişir.
Plyashko həmçinin evdə məhsulları düzgün saxlama qaydalarını izah edib:
- Yerkökü və çuğundur soyuducuda saxlanmalıdır.
- Kartof sərin və qaranlıq yerdə, soğan və sarımsaq isə havalandırması olan qutularda saxlanmalıdır.
- Xiyarlar otaq temperaturunda, pomidorlar isə gövdəsi yuxarı çevrilmiş boşqabda saxlanmalıdır.
Ekspert vurğulayıb ki, mövsümi məhsullar idxal olunanlardan həm daha ucuz, həm də daha təzə olur, çünki uzun nəqliyyatdan keçmir. Məsələn, avqust ayında qarpız, payızda balqabaq və kələm, qışda isə yerkökü və çuğundur almaq məsləhətdir.
Tərcümə: Nəzrin Abbas