Mütəxəssislər bildirirlər ki, tomat pastasının tez kiflənməsinin əsas səbəbi onun yüksək rütubət və təbii şəkər tərkibidir. Bu, bakteriya və kif göbələklərinin sürətlə çoxalması üçün ideal mühit yaradır.
E-saglam.az xəbər verir ki, açılmış tomat pastası otaq temperaturunda saxlanıldıqda, hava ilə təmas nəticəsində mikroorqanizmlərin fəaliyyəti artır və məhsul qısa müddətdə xarab olur.
Ekspertlər məhsulun keyfiyyətini qorumaq üçün bir neçə sadə qaydaya əməl etməyi tövsiyə edirlər:
- Pastanı açdıqdan sonra hava keçirməyən şüşə qaba köçürmək;
- Üzərinə nazik təbəqə zeytun yağı əlavə etmək;
- Soyuducuda saxlamaq və 3–5 gün ərzində istifadə etmək.
Həmçinin, tomat pastasını kiçik porsiyalarla buz qəliblərində dondurmaq onun uzun müddət xarab olmadan qalmasına kömək edir.
Nəzrin Abbas
E-saglam.az