Sağlamlıq
Elm qadınların ağrıya daha həssas olmasının
Sağlamlıq
128

Elm qadınların ağrıya daha həssas olmasının sirrini açdı

Perm Politexnik Universitetinin alimləri qadınların niyə kişilərdən daha çox ağrı hiss etdiyini və bu fərqə hormonlar, immun sistem və mədəni amillərin necə təsir etdiyini izah ediblər.

E-saglam.az xəbər verir ki, tibb elmləri namizədi Valeri Litvinovun sözlərinə görə, ağrı siqnalları bədəndəki reseptorlardan onurğa beyninə, oradan da beynin ağrı hissini formalaşdıran hissəsinə ötürülür. Kişilərdə testosteron hormonunun təsiri səbəbindən ağrı həddi daha yüksək olur — bu, təkamül baxımından ov zamanı yaranan yaralanmalara qarşı davamlılığı təmin edib.

Qadınlarda isə menstruasiya dövründə aktivləşən immun sistem iltihabi reaksiyaları artırır və bu da ağrıya həssaslığı yüksəldir. Bu mexanizm həmçinin onların otoimmün xəstəliklərə daha çox meyilli olmasını da izah edir.

Dosent Mariya Duvanskayanın sözlərinə görə, sosial stereotiplər də bu fərqdə rol oynayır: emosiyalarını ifadə etməyə daha açıq olan qadınlar ağrını daha çox dilə gətirirlər. Mədəniyyət də təsir göstərir — məsələn, Yaponiya və Çində təmkinli davranış üstün tutulduğu üçün oradakı qadınların ağrı həddi Cənubi Avropa ölkələrindəkindən daha yüksəkdir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun