Tibbi xəbərlər
Heyrətamiz araşdırma: Yarasaların sayı azaldıqca,
Tibbi xəbərlər
239

Heyrətamiz araşdırma: Yarasaların sayı azaldıqca, uşaq ölümlərinin sayı artır

ABŞ-da yarasa populyasiyasının azalmasının uşaq ölümlərini artırdığı müəyyən edilib. Yeni araşdırma ekosistemin deqradasiyasının insan sağlamlığına dolayı təsirini göstərən tapıntıları əlavə edib.

E-saglam.az xəbər verir ki, yarasalar çoxları tərəfindən qorxulu canlılar kimi görünsə də, ekosistemlərin tarazlığının qorunmasında böyük əhəmiyyətə malikdir.

Xüsusilə hər gecə minlərlə həşəratı yeyərək, kənd təsərrüfatı sahələrində pestisidlərin istifadəsini əhəmiyyətli dərəcədə azaldırlar.

Bununla belə, ABŞ-da yarasa populyasiyası son 20 ildə ciddi təhlükə altındadır. İnsanlara heç bir təsiri olmayan "Ağ burun" sindromu adlı göbələk xəstəliyi yarasaları öldürə bilir və yoluxduğu bütün koloniyaları məhv edəcək qədər güclüdür. Hazırda bu xəstəlik ABŞ-ın 40 ştatında və Kanadanın 9 əyalətində müşahidə olunur.

Çikaqo Universitetinin ekoloji iqtisadçısı Eyal Frank təəccüblü bir araşdırma edib:

“Yarasa populyasiyasının azalması ilə körpə ölümü çoxalır. 2006-2017-ci illər arasında yarasa populyasiyasının azaldığı bölgələrdə pestisidlərdən istifadə 31 faiz artıb. "Ağ burun" sindromunun yarasa populyasiyasını azaltdığı bölgələrdə körpə ölümləri 8 faiz artıb”. (publika.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun