Tibbi xəbərlər
Həyat və ölüm sərhədlərini aşan
Tibbi xəbərlər
216

Həyat və ölüm sərhədlərini aşan 3-cü bir vəziyyət aşkar edilib

Alimlər müasir biologiyada ölü orqanizmin hüceyrələrinin onun ölümündən sonra da fəaliyyətini davam etdirdiyi üçüncü bir vəziyyət aşkar ediblər.

E-saglam.az xəbər verir ki, yeni fizioloji tədqiqata Vaşinqton Universitetinin professoru Piter Nobl və Kaliforniyadakı Ümid Şəhəri Milli Tibb Mərkəzindən Aleks Pojitkov rəhbərlik edib.

Həyat və ölüm ənənəvi olaraq bir-birinə zidd olaraq qəbul edilir. Bununla belə, ölü orqanizmin hüceyrələrindən yeni çoxhüceyrəli həyat formalarının yaranması həyat və ölümün ənənəvi hüdudlarından kənarda qalan “üçüncü vəziyyət”i təqdim edir.

Mütəxəssislər deyirlər ki, müəyyən hüceyrələr - qida, oksigen, bioelektrik və ya biokimyəvi siqnallarla təmin olunduqda - ölümdən sonra yeni funksiyaları olan çoxhüceyrəli orqanizmlərə çevrilmək qabiliyyətinə malikdir. Bu hüceyrələrin orqanizmin ölümündən sonra üçüncü vəziyyətdə necə fəaliyyət göstərdiyi aydın deyil, lakin mümkün izahatlardan biri gizli elektrik dövrələri sistemidir.

Bir fərziyyə odur ki, hüceyrələrin xarici membranlarına daxil edilmiş xüsusi kanallar və nasoslar mürəkkəb elektrik dövrələri kimi fəaliyyət göstərir. Bu kanallar və nasoslar hüceyrələrin bir-biri ilə əlaqə saxlamasına və böyümə və hərəkət kimi müəyyən funksiyaları yerinə yetirməsinə imkan verən elektrik siqnalları yaradır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun