Tibbi xəbərlər
Hərəkət qabiliyyəti olmayan vətəndaşa birinci qrup əlillik niyə verilmir? - AÇIQLAMA
Tibbi xəbərlər

Hərəkət qabiliyyəti olmayan vətəndaşa birinci qrup əlillik niyə verilmir? - AÇIQLAMA

Azərbaycanda hərəkət qabiliyyəti olmayan, hətta sərbəst qidalana bilməyən xəstəyə 1-ci qrup əlillik vermirlər.

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Məsələ barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq.

Qurumun Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Vəliyev Fərhad Aqil oğlu 04.03.2021-ci il tarixində əlilliyin qiymətləndirilməsi ilə bağlı göndərişinə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilib:

“Vətəndaşın müayinə və müalicə məlumatları əsasında “Forma 88” səhiyyə müəssisəsi tərəfindən tərtib olunaraq nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə (TSERAS) ötürüldükdən sonra əlilliyin qiymətləndirilməsi aparılır. Səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Forma 88” birinci dərəcə əlillik təyinatına əsas vermir”.

“Xəstənin nə səbəbdən yataq rejimində olduğu, ətraflarının hərəkət qabiliyyətsizliyi, nevropatoloq müayinəsi, ətraflarda əzələ gücü və hansı tipli iflicin olması və ya iflic olmaması barədə heç bir məlumat yoxdur.

Bu səbəblərdən vətəndaşın əlillik müddəti 5 illik uzadılaraq, ikinci dərəcə əlilliyi qüvvədə saxlanılıb”, - deyə agentlikdən qeyd edilib.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun