Tibbi xəbərlər
Hərbi Tibb fakültəsində feldşerlərin
Tibbi xəbərlər
233

Hərbi Tibb fakültəsində feldşerlərin buraxılış mərasimi olub

Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi Tibb fakültəsində Hərbi feldşer işi ixtisası üzrə təhsil alan kursantların buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən E-saglam.az-a verilən məlumata görə, tədbirdə nazirliyin nümayəndələri, Milli Müdafiə Universitetinin və fakültənin rəhbərliyi, professor-müəllim heyəti və kursantlar iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hərbi Tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzov Azərbaycan Ordusunda hərbi tibb sahəsində görülən işlərdən və yeniliklərdən söz açaraq gənc feldşerlərə xidmət edəcəkləri hərbi hissələrdə bu yenilikləri tətbiq etmələrinin vacibliyini vurğulayıb.

Sonra Milli Müdafiə Universitetinin rektoru polkovnik Gündüz Əbdülov mərasimdə çıxış edərək məzunları təbrik edib, onlara gələcək xidmətlərində müvəffəqiyyətlər arzulayıb. Rektor bildirib ki, Azərbaycan Ordusu üçün müasir tibb elminin tələblərinə cavab verən hərbi kadrların hazırlanması da ordumuzun səhiyyə sahəsində görülən işlərin bariz nümunəsidir.

Tibb İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovnik-leytenantı Anar İsmayılov da məzunları təbrik edib, Azərbaycanın gələcəyi, Ordumuzun, dövlətçiliyimizin müdafiə qüdrətinin daha da artırılması naminə xidmətlərində uğurlar arzulayıb.

Rəsmi hissə yekunlaşdıqdan sonra fakültənin kursant heyətinin ifa etdiyi fakültə marşı və vətənpərvərliyi tərənnüm edən şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sonda yüksək nizam-intizamına və təhsildə fərqləndiyinə görə bir qrup hərbi qulluqçu fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun