Mütəxəssislər xəbərdarlıq edir: plastik butulkalarda saxlanılan su infarkt və insult riskini 4 dəfə artıra bilər. Səbəb isə suyun tərkibinə keçən mikroplastik hissəciklərdir.
E-saglam.az xəbər verir ki, kardioloq Prof. Dr. Mehmet Özcan bildirib ki, bu hissəciklər yalnız su ilə deyil, hava, qida və qablar vasitəsilə də orqanizmə daxil olur. Onlar ürək, beyin, böyrəklər və damar sisteminə mənfi təsir göstərir.
Aparılan elmi tədqiqatlara görə, mikroplastiklər ürək əzələsində, yağ toxumasında və beyin hüceyrələrində toplana bilər. Bu, Alzheimer, infarkt, insult və digər ciddi xəstəliklərə səbəb ola bilər.
Mütəxəssislər plastik qab və butulkalardan uzaq durmağı, bunun əvəzinə şüşə və ya paslanmayan polad qablardan istifadə etməyi tövsiyə edir.
Prof. Dr. Özcan deyir: “Mikroplastiklər artıq xolesterin və təzyiq kimi ciddi risk faktoru hesab edilməlidir. Gələcəkdə onlara qarşı xüsusi müalicə protokolları hazırlanacaq”.
Tərcümə: Könül Oruc