Son günlər digər səbəblərdən də qızdırması yüksələn uşaqlar olur.
Məsələ ilə bağlı E-saglam.az-a danışan pediatr Günay Rəsulova deyir ki, yəni, hər qızdırma əlbəttə ki Covid deyil.
Bəs hər uşağa test edilməlidirmi?
Uşaqlara covid testi edilib gələn nəticənin “pozitiv”, və ya “neqativ” olması xəstəliyə, onun müalicəsinə yanaşmada heç bir dəyişikliyə səbəb yaratmır. Qızdırması yüksələn uşaqlara bu testin edilməsi sırf epidemioloji nöqteyi nəzərdən lazım ola bilər. Yəni, uşaqda covid testi müsbət çıxıbsa onu digər şəxslərdən, nənə, babadan və s izolyasiya etmək lazım olduğu üçün.Onsuz da izolyasiya edilən, bağça və ya məktəbə getməyən qızdırması olan uşağa bu test edilməyə də bilər.
Könül Oruc