Tibbi xəbərlər
Hər qadının mütləq keçməli olduğu
Tibbi xəbərlər
217

Hər qadının mütləq keçməli olduğu 7 tibbi müayinə açıqlandı

Onkoloq Vladimir İvaşkov qadınların sağlamlığını qorumaq və riskləri vaxtında müəyyən etmək üçün mütləq keçməli olduqları yeddi müayinəni açıqlayıb.

E-saglam.az xəbər verir ki, o, bu barədə Telegram kanalında paylaşım edib.

İvaşkov ilk növbədə uşaqlıq boynu xərçəngiyoğun bağırsaq (kolon) xərçəngi üçün skrininq testlərini tövsiyə edib. Uşaqlıq boynu üçün mayeləşdirilmiş sitologiya (Pap smear) və ya servikal kazıntı ilə yoxlama aparılır. Kolon xərçənginə görə isə nəcisdə gizli qan analizi və ya kolonoskopiya həyata keçirilməlidir.

Həkim həmçinin osteoporoz riskini qiymətləndirmək üçün sümük densitometriyası, xüsusilə siqaret çəkənlərə isə ağciyərlərin KT müayinəsini tövsiyə edir.

Digər vacib testlərə isə aşağıdakılar daxildir:

  • Qan təzyiqinin ölçülməsi

  • Qanda qlükoza səviyyəsinin təyini (şəkərli diabetin erkən diaqnozu üçün)

  • Qanda xolesterin səviyyəsinin izlənməsi (ürək-damar xəstəliklərinin qarşısının alınması üçün)

Həkim vurğulayır ki, bu sadə və əlçatan müayinələr ciddi xəstəliklərin erkən aşkar olunmasına, nəticədə isə daha uğurlu müalicəyə imkan yaradır. Qadınlar sağlamlıqlarına diqqətli yanaşmalı və bu müayinələri vaxtında etdirməlidirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun