Tibbi xəbərlər
Hər il yatağımıza yarım kilo ölü dəri tökürük:
Tibbi xəbərlər
219

Hər il yatağımıza yarım kilo ölü dəri tökürük: Yataq örtükləri nə vaxt dəyişdirilməlidir?

İnsan vücudu gün ərzində milyonlarla ölü dəri hüceyrəsi tökür və bu hüceyrələrin böyük bir hissəsi yatağa düşür.

E-saglam.az xəbər verir ki, bəzi mənbələrə görə, bir insan ildə təxminən yarım kilo ölü dəri tökür. Yastıq üzlükləri, üz və saç dərisi ilə birbaşa təmasda olduqları üçün daha tez çirklənir. Cildin yağları, tər, saçlardan düşən qırıntılar və makiyaj qalıqları, yastıq üzlüklərinin daha sürətli çirklənməsinə səbəb olur.

Yataq örtüklərinin, ümumiyyətlə həftədə ən az bir dəfə dəyişdirilməsi tövsiyə olunur. Yayda daha tez, 3-4 gündə bir, qışda isə həftədə bir dəyişdirilməsi kifayət edir. Yastıq üzlüklərini isə 2-3 gündə bir dəyişmək, xüsusilə yağlı cildi və ya sivilcə problemi olanlar üçün vacibdir. Yalnız üzlüyü dəyişdirmək yetərli deyil, yastığın özü də mütəmadi olaraq təmizlənməlidir.

Yastığın təmizliyi üçün hər 3-6 aydan bir yuyulması tövsiyə olunur, amma allergik və həssas insanlar üçün bu müddət qısalır. Həmçinin, yastığı açıq havada havalandırmaq, pis qoxuları və nəmliyi azaldır.

Yastıq və yataq örütklərini təmiz saxlamaq, sağlam bir yuxu və dəri üçün əhəmiyyətlidir.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun