Xəstəliklər
Hər il 300 min insan uşaqlıq boynu xərçəngindən ölür -
Xəstəliklər

Hər il 300 min insan uşaqlıq boynu xərçəngindən ölür - Qarşısını almaq üçün nə etməli?

E-saglam.az xəbər verir ki, xəstəliyin əsas səbəbi cinsi yolla keçən HPV virusudur və erkən diaqnoz həyati əhəmiyyət daşıyır. Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Cenk Mustafa Güven HPV peyvəndi və skrininq testlərinin xərçəngdən qorunmada vacib olduğunu vurğulayır:

"9-30 yaş arasında HPV peyvəndi almaq ömür boyu qorunma təmin edir. 21 yaşdan sonra isə hər 3 ildən bir HPV müayinəsi tövsiyə edilir.

Risk faktorları arasında erkən cinsi fəaliyyət, çoxlu cinsi partnyor, zəif immunitet, siqaret çəkmək və qeyri-sağlam qidalanma yer alır.

Xəstəliyin simptomları arasında anormal menstrual qanaxma, qanlı və pis qoxulu axıntı, cinsi əlaqə zamanı qanaxma, bel və ayaqlara yayılan ağrı, ödəm və ağrılı sidik ifrazı göstərilə bilər. Bu simptomları yaşayan qadınların dərhal həkimə müraciət etməsi tövsiyə olunur".

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun