Tibbi xəbərlər
Hər gün planka etsəniz, vücudunuz belə olacaq -
Tibbi xəbərlər
279

Hər gün planka etsəniz, vücudunuz belə olacaq - 1 dəqiqə belə kifayətdir

Plank qarın və digər əzələlər üçün əla məşqdir. Mütəxəssislər bunu niyə hər gün etməli olduğunuzu izah etdilər.

E-saglam.az xəbər verir ki, plank - qarın və bədənin digər əzələlərini gücləndirmək üçün çox effektiv məşqdir. Bu hərəkətdə siz ön qollar və barmaqlar üzərində duraraq bədəninizi düz xəttdə saxlamağa çalışırsınız. Sadə görünsə də, plank bütün bədənə ciddi təsir göstərir.

Plankın əsas faydaları:

Bel ağrılarını azaldır

Plank bədənin alt hissəsini, xüsusən də qarın və bel əzələlərini gücləndirir. Bu da bel ağrılarının qarşısını almağa kömək edir və duruşunuzu yaxşılaşdırır.

Maddələr mübadiləsini sürətləndirir

Plank zamanı əzələlər aktiv işlədiyi üçün orqanizm daha çox kalori yandırır. Bu, həm arıqlamaq, həm də əzələ qurmaq üçün faydalıdır.

Stressi azaldır

Bu məşq sinir sistemi üçün də faydalıdır. Plank, stress zamanı gərginləşən əzələləri rahatladır və bədəni sakitləşdirir.

Elastikliyi artırır

Plank çiyinlərdən başlayaraq ayaq barmaqlarına qədər bir çox əzələ qrupunu dartır. Bu da gündəlik hərəkətləri asanlaşdırır və idman zamanı zədələnmə riskini azaldır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun