Xəstəliklər
Hər gün istifadə olunan makiyaj fırçaları -
Xəstəliklər

Hər gün istifadə olunan makiyaj fırçaları - bu xəstəliklərinə səbəb ola bilər

Makiyaj fırçaları və süngərləri düzgün təmizləməmək dermatoloji və oftalmoloji xəstəliklərə səbəb ola bilər.

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, biotexnoloq Mariya Zolotarevanın bildirdiyinə görə, bu alətlərdə toplanan makiyaj qalıqları, sebum, ölü dəri hüceyrələri və bakteriyalar dəridə və gözlərdə infeksiyalara yol aça bilər. Sızanaq, follikulit, kontakt dermatit və hətta konjonktivit kimi xəstəliklər yaranma riski daşıyır.

Fırçaların həftədə ən azı bir dəfə yumşaq sabun və ya xüsusi şampunla yuyulması, antiseptiklərlə gündəlik təmizlənməsi və düzgün şəraitdə saxlanılması vacibdir. Süngərlər isə hər istifadədən sonra yuyulmalı və üç aydan bir dəyişdirilməlidir. Təbii tüklərdən hazırlanmış fırçalar daha çox diqqət tələb edir, sintetik tüklər isə baxım baxımından daha rahatdır və bakteriyaların yığılmasına daha az meyllidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun