Hepatit A simptomatik bir xəstəlikdir.
Bu barədə E-saglam.az-a TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lökbatan Tibb Mərkəzindən məlumat verilib.
Həmin simptomları aşağıdakı kimi sıralamaq olar:
Qızdırma
Halsızlıq
Ürəkbulanma
Qusma
Oynaq ağrıları
Şiddətli mədə ağrısı və ishal (xüsusilə uşaqlarda)
Sarı dəri, gözlər, tünd sidik, gil rəngli nəcis
Bu əlamətlər xüsusilə hepatit A virusuna məruz qaldıqdan sonra 2-6 həftə ərzində görünür. Xəstəlik adətən iki aydan az davam etsə də, bəzi insanlarda sağalma prosesi altı aya qədər çəkə bilər. Hepatit A sizi işləmək və ya məktəbə gedə bilməyəcək dərəcədə çox xəstə edə bilər. Uşaqlarda simptomlar ümumiyyətlə müşahidə edilməsə də, böyüklərdə simptomlar tez-tez olur.