Yandex watch
Həkimlərin ağrıkəsici verib evə göndərdikləri xəstənin

32 yaşlı Gemma Phillips beş il əvvəl bel ağrılarından şikayətlənməyə başladı. O, həkimə müraciət etsə də, ağrıları ciddiyə alınmadı və ona sadəcə ağrıkəsicilər yazılaraq evə göndərildi.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, 2022-ci ilin martında aparılan əlavə müayinələr nəticəsində Gemmanın qarnında şiş aşkarlanaraq leyomiosarkoma diaqnozu qoyuldu. May ayında 10 sm-lik şiş çıxarılsa da, 2023-cü ilin oktyabrında xərçəngin yayıldığı və üç yeni şişin meydana gəldiyi məlum oldu.

Həkimlər Gemmaya 12-18 ay ömrünün qaldığını bildirdilər. Buna baxmayaraq, o, kimyaterapiya və şüa terapiyası ilə ömrünü uzatmağa çalışır. Sosial media hesabında müalicə prosesini paylaşaraq insanlara ümid və güc verməyə çalışır.

Gemmanın dostları və yaxınları onun mübarizəsinə heyran qaldıqlarını bildirirlər. Onun dostlarından biri, 32 yaşlı Culiya Yanq deyir: "Cemmanın diaqnozu məni sarsıtdı, amma o, heç vaxt ümidini itirmir və həyatını tam dolu yaşayır."

Britaniyalı alimlər leyomiosarkomanın araşdırılması üçün böyük sərmayə yatırdıqlarını bildirirlər. Dr. Sorrel Bickley qeyd edir ki, bu nadir xərçəng növü hələ tam öyrənilməyib və yeni tədqiqatlar onun müalicəsində həlledici rol oynaya bilər.

Gemmanın hekayəsi səhiyyə işçilərinə və insanlara erkən diaqnozun vacibliyini xatırladır. Kiçik və davamlı şikayətlərin ciddiyə alınması, xəstələrin səbrlə araşdırılması onların həyatını xilas edə bilər. O, bütün çətinliklərə baxmayaraq, pozitiv qalaraq xərçənglə mübarizə aparmaqda davam edir.

Tərcümə: Könül Oruc

E-saglam.az