Tibbi xəbərlər
Həkimlərə əlavələrin verilməsinin şərtləri dəyişdi
Tibbi xəbərlər

Həkimlərə əlavələrin verilməsinin şərtləri dəyişdi

Həkimlərə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin verilməsinin ümumi şərtləri dəyişib

E-saglam.az-ın məlumatına görə, bu, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.

İndiyə kimi reanimasiya şöbəsində çalışan həkimlər üçün hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat məbləğində əlavələr hesablanıb. Dəyişikliyə əsasən, bundan sonra həm də intensiv terapiya və anestizalogiya, toksikologiya şöbələrində, intensev terapiya bloklarında/bölmələrində çalışan həkimlər üçün hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat məbləğində bu hissə ilə nəzərdə tutulmuş əlavələr hesablanacaq.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun