Xəstəliklər
Həkimlərdən xəbərdarlıq:
Xəstəliklər

Həkimlərdən xəbərdarlıq: Bunu sadə bir baş ağrısı sanırsınız, amma...

E-saglam.az bildirir ki, yeni araşdırmalara görə, yüngül baş ağrıları belə intihar riski ilə əlaqəli ola bilər. Xroniki ağrılar çəkən insanların intihara meyilli olma ehtimalı daha yüksəkdir və bu şəxslərin intihara cəhd etmə riski 40% daha çoxdur.

JAMA Neurology jurnalında yayımlanan araşdırma, baş ağrısı olan insanların depressiya və intihara meyillilik baxımından yoxlanılmalı olduğunu vurğulayır. Depressiya və psixi sağlamlıq problemləri baş ağrılarını şiddətləndirə və intihar riskini artıra bilər. Araşdırmalar göstərib ki, baş ağrısı olanların intihara cəhd etmə ehtimalı 136% daha yüksəkdir.

Xüsusilə trigeminal vegetativ sefalji və travma sonrası baş ağrıları intihar riski ilə daha güclü əlaqələndirilir. Mütəxəssislər erkən diaqnoz və effektiv müalicənin bu riski azalda biləcəyini bildirirlər. Miqren və digər baş ağrıları gündəlik həyatı ciddi şəkildə çətinləşdirir və bəzi dərmanlar bu problemlərin qarşısını almaqda təsirli ola bilər.

Baş ağrısı olan insanların həm fiziki, həm də ruhi sağlamlığı nəzərə alınmalıdır. Bu sahədə aparılan tədqiqatlar insanların həyat keyfiyyətini yaxşılaşdırmaq və intihar hallarının qarşısını almaq üçün vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun