Moskva vilayətində həkimlər yeddi kiloqramlıq uşaqlıq mioması olan 52 yaşlı rusiyalı qadını xilas ediblər.
E-saglam.az xəbər verir ki, Domodedovoda baş verən hadisə barədə "360" telekanalı məlumat yayıb.
Domodedovo xəstəxanasına qarının böyüməsi, böyrək nahiyəsində ağrılar və nəfəs almaqda çətinlik çəkən qadın daxil olub. Müayinə göstərib ki, qadında fibroma - uşaqlığın böyüyüb bütün qarın boşluğunu tutan, daxili orqanları sıxan şişi var. Qadının qarnı bir neçə ildir ki, böyüməsinə baxmayaraq, ginekoloqa müraciət etməyib. O, yalnız özünü çox pis hiss etdikdə həkimə müraciət etmək qərarına gəlib.
Əməliyyat zamanı həkimlər yeddi kiloqram çəkisi olan uşaqlıq miomasını çıxarıblar. “Daxili orqanları sıxılmadan azad etdik və onu müşayiət edən yapışqan formaları çıxardıq. Toxumalar histoloji analizə göndərilib”, - ginekologiya şöbəsinin müdiri Pavel Eliseyev bildirib. Rus qadın hazırda xəstəxanadan buraxılıb və özünü yaxşı hiss edir.
Xəstəxana həkimləri qadınların heç bir şikayəti olmasa da ildə bir dəfə ginekoloqa müraciət etmələrinin zəruriliyini xatırladıblar, çünki vaxtında qoyulan diaqnoz xəstəlikləri ilkin mərhələdə müəyyənləşdirəcək və fəsadların qarşısını alacaq.
Könül Oruc