Tibbi xəbərlər
Həkimlər kişinin gözündən
Tibbi xəbərlər
388

Həkimlər kişinin gözündən 35 ədəd qurd çıxardılar

Dağıstanda həkimlər gözündə 30-dan çox qurd olan adamın görmə qabiliyyətini qoruyub saxlaya biliblər.

E-saglam.az xəbər verir ki, bu barədə əməliyyatın həyata keçirildiyi xəstəxana məlumat yayıb.

Məlumata görə, müəyyən yaşayış yeri olmayan kişi əvvəl başqa tibb müəssisəsində müşahidə olunub, lakin mütəxəssislər onun gözündən qurdların düşdüyünü görüb, onu oftalmoloqlara yönləndiriblər. Nəticədə həkimlər ölçüsü 4-dən 12 millimetrə qədər olan 35 milçək sürfəsi çıxarıblar.

"Qurdlar buynuz qişanı və selikli qişanın yuxarı qatını "yemişdilər". Xoşbəxtlikdən, vaxtında yardım göstərildi və biz xəstənin görmə qabiliyyətini qoruya bildik", - deyə göz travması şöbəsinin müdiri Naida Qoytiyeva deyib.

Hazırda kişinin səhhəti üçün təhlükə olmadığı qeyd olunub.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun