Tibbi xəbərlər
Həkimlər 6 ay vaxt qoydu, lakin 25 ildir xərçənglə yaşayır -
Tibbi xəbərlər
149

Həkimlər 6 ay vaxt qoydu, lakin 25 ildir xərçənglə yaşayır - Bu necə mümkündür?

Surrey Kriket Klubunun sabiq prezidenti Mike Soper 25 il əvvəl prostat və sümük xərçəngi (mCRPC) diaqnozu qoyulub. Həkimlər ona yalnız altı ay ömrünün qaldığını desələr də kişi hazırda 80 yaşındadır.

E-saglam.az xarici KİV-ə iatinadən xəbər verir ki, o eyni xəstəliklə ən uzun müddət yaşamaq rekordunu əlində saxlayır.

Həmin vaxt 55 yaşında olan Soper yeni təqaüdə çıxmış və klubun yenidən təşkili ilə məşğul idi. Evə qayıdarkən sinəsində qəribə ağrı hiss edib. Başlanğıcda həkimi bunu ürək ağrısı hesab edib, lakin Soper ürəyində problem olmadığını bilirdi.

Beş həftə sonra aparılan ətraflı testlər onun PSA dəyərinin inanılmaz dərəcədə yüksək - 580 ng/mL olduğunu və xərçəngin bədəninə yayıldığını göstərib. Həkimi sinəsindəki ağrının da xərçəngin sümüklərə metastaz verməsindən qaynaqlandığını bildirib.

Soperin həyatını isə yaxın dostu xilas edib. O, o zaman dostu və Böyük Britaniyanın sabiq Baş naziri John Major-a zəng edib ABŞ-də yeni müalicə və klinik araşdırmalar barədə tanıdığı birinin olub-olmamasını soruşub. Major onu Houstondakı MD Anderson Xərçəng Mərkəzində çalışan Professor Chris Logothetis ilə tanış edib.

O dövrdə İngiltərədə standart müalicə hormon terapiyası idi və bu işə yaramadıqda kemoterapi başlanırdı. Lakin Logothetis ABŞ-də daha gənc və güclü xəstələr üçün fərqli, daha erkən və güclü bir müalicə üsulu tətbiq edirdi. Bu metodla xərçəngə başlanğıcdan Taxotere adlı dərmanla hücum edilirdi. Həmin dövrdə bu dərman İngiltərədə yalnız süd vəzi xərçəngi xəstələrinə verilirdi və NHS tərəfindən qarşılanmırdı.

Soperin PSA dəyəri Logothetis tərəfindən tətbiq edilən ilk dozadan sonra aylar ərzində demək olar ki, sıfıra düşdü. Daha sonra NHS də bu dərmanı müalicə üsulu kimi qəbul etdi. Soper 2012-ci ilə qədər hər il PSA dəyəri 0 ng/mL olana qədər Logothetis"i ziyarət etdi.

2015-ci ildə PSA dəyəri yenidən artmağa başladı və 2022-ci ildə 190 ng/mL-ə çatdı. Bir neçə kemoterapiya müalicəsindən sonra 2024-cü ilin oktyabr ayında dəyər 500 ng/mL-i keçdikdə, Soper Londradakı Royal Marsden Xəstəxanasına yönləndirildi.

Hazırda Soper, hələ adlandırılmamış yeni bir dərmanın klinik sınaqlarında iştirak edən 67 kişidən biridir. Müalicəyə başladığında PSA dəyəri 1,237 ng/mL idi. Hər həftə 3 saatlıq infuziya qəbul edir.

Başlanğıcda titrəmə və hərarət kimi çətinliklər olsa da, bədəni tədricən uyğunlaşır. Son PSA testi 23 ng/mL göstərib ki, bu da Soper üçün böyük ümid olub. O deyir: "Özümü sanki sınaq subyekti kimi hiss edirəm, bu indiyədək keçirdiyim ən çətin müalicədir, amma hələ davam edirəm".

Soper 25 illik təcrübəsi ilə prostat xərçəngi haqqında çox şey öyrəndiyini bildirir və başqalarına da xəstəliklərini araşdırmalarını, klinik sınaqlara qatılma imkanlarını qiymətləndirmələrini tövsiyə edir.

Baku.ws

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun