39 yaşlı qadının həddindən artıq menstrual ağrılarının və şişkinliyinin olması səbəbindən həkimlər onun səkkiz orqanını çıxarmaq məcburiyyətində qalıblar.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərədə 39 yaşlı Faye Luiza adlı qadın artıq illərdir ağır dövrlərdən əziyyət çəkdiyini və ağrıları azaltmaq üçün ona mefenamik turşusu təyin edildiyini deyib. O, illər boyu ağır dövrlərdən əziyyət çəkib, lakin narahatlığı həmişəkindən daha uzun müddət davam etdiyi üçün narahat olub.
Belə ki, o, 2023-cü ilin mart ayında həkimə gedib, ultrasəs və KT müayinəsi üçün Redhill Xəstəxanasına göndərilib. Nəticələri gözləyərkən o, huşunu itirərək yıxılıb və xəstəxanaya çatdırılıb. Burada həkimlər Qərbi Susseksdən olan 39 yaşlı qadına deyiblər ki, onun sol yumurtalığında böyüyən 17 sm kista var. Faye Luziaya nadir hallarda rastlanan psevdomyxoma peritonei diaqnozu qoyulub və onun səkkiz orqanı çıxarılmalı olub.
Testlər həmçinin onun kor bağırsağında bir qədər şişkinliyin olduğunu sübuta yetirib, ona görə də cərrahlar əlavə problemlərin qarşısını almaq üçün kütləni çıxarmaqla eyni vaxtda onu çıxarmağa qərar veriblər. Kistanın xoşxassəli olduğu ortaya çıxsa da, həkimlər Faye Luiza əməliyyat masasında olarkən şok kəşf ediblər. Belə ki, həkimlər onun kor bağırsağının divarında xərçəng şişi aşkar ediblər.
Əməliyyatdan sonra Faye Luiza bildirib ki, bu günə qədər özündə heç bir xərçəng əlamətini hiss etməyib.
Tərcümə etdi: Könül Oruc
FOTOLAR: