Tibbi xəbərlər
Həkim: Xəstələr COVID-dən yox, dərmanların toksiki təsirindən dünyasını dəyişir
Tibbi xəbərlər
182

Həkim: Xəstələr COVID-dən yox, dərmanların toksiki təsirindən dünyasını dəyişir

"Koronavirusa təsir edən konkret antiviral preparat mövcud deyil. Baxmayaraq ki, protokollarda bir sıra dərmanlar yazılıb, həmin antiviral dərmanları protokollara yazan həkim də yaxşı bilir ki, virusa təsir edən konkret dərman yoxdur”.

E-saglam.az xəbər verir ki, bunu həkim-infeksionist Vüqar Cavadzadə deyib.

O bildirib ki, "Favipiravir”, "Remdesivir” və s. kimi preparatların koronavirusa təsiri elmi-tədqiqatlarla sübuta yetirilməyib:

"Bu preparatlar ev şəraitində necə gəldi yazılır. Hətta həkimin göstərişi olmadan xəstələr özləri alıb, qəbul edirlər.

İnsanların sanki beyninə yeriyib ki, bu preparatları alıb qəbul etsələr, sağalacaqlar. İxtisasından asılı olmayaraq bütün həkimlər də bu dərmanları xəstələrə lazım oldu-olmadı təyin edirlər”.

Həkim-infeksionist vurğulayıb ki, çox sayda xəstələr bu preparatları qəbul etmədən sağalırlar:

"Antiviral preparatların olmayan xeyrindən çox, yan təsirləri həddən artıq çoxdur. Hələ dünyada adi "herpes” virusunu məhv edən dərman preparatı tapılmayıb, qalmışdı ki, koronavirusuna qarşı tapılsın.

Bəlkə də zaman gələcək, sübut olunacaq ki, bu antiviral preparatlar COVID-in müalicəsində düzgün tətbiq edilməyib. Neçə-neçə xəstə COVID-dən yox, bu preparatların toksiki təsirindən dünyasını dəyişib”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun