
“Uşaqlar yerimək istəmirsə, davamlı olaraq valideynin qucağında getmək istəyirsə, bu məsələdə diqqətli olmaq lazımdır”.

E-saglam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, travmatoloq Kamil Eyvazov deyib.
Onun sözlərinə görə, bu hər hansısa bir problemin olmasından xəbər verə bilər:
“Əslində problemin olub-olmadığını valideynlər həmin an uşaqların yeriyərkən ayağını yerə necə basmasına baxaraq müəyyən mənada anlaya bilərlər. Əgər uşaq ayağını yerə rahat basmırsa o zaman travmatoloq ortaped müayinəsi tövsiyə olunandır”. /Report
Emlakbazari.az emlak elanları saytı