Tibbi xəbərlər
Həkim: "Treoid xəstəliyi vaxtında müəyyən edilməzsə, problemlər baş verə bilər"
Tibbi xəbərlər
117

Həkim: "Treoid xəstəliyi vaxtında müəyyən edilməzsə, problemlər baş verə bilər"

“Treoid xəstəliyi vaxtında müəyyən edilməzsə, uşağın sinir sisteminin inkişafında problemlər baş verə bilər”.

E-saglam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti uşaq endokrinoloqu Azad Ələkbərzadə bildirib.

Onun sözlərinə görə, bəzən yenidoğulan körpələrdə də qalxanabənzər vəzinin xəstəliklərinə rast gəlinir: “Xüsusilə qalxanabənzər vəzi hormonlarının çatışmazlığı ilə müşahidə olunan anadangəlmə hipotireoz xəstəliyi çox önəmlidir. Əgər həkim bu xəstəliyi vaxtında müəyyən etməzsə, o zaman uşağın sinir sisteminin inkişafında problemlər baş verə bilər. Amma vaxtında müalicə başlanarsa, o zaman uşaq öz inkişafını normal şəkildə tamamlaya bilər”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun