Tibbi xəbərlər
Həkim qaraciyəri spirt kimi dağıdan
Tibbi xəbərlər
228

Həkim qaraciyəri spirt kimi dağıdan məhsulları açıqlayıb

Ümumi praktikant Aygül Arslanova bildirib ki, bəzi qidalar qaraciyərə spirt qədər, bəzən isə ondan da çox zərər verə bilər.

E-saglam.az xəbər verir ki, o, "UfaTime.ru"ya müsahibəsində qaraciyər üçün təhlükəli hesab edilən məhsullar barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, qaraciyərin əsas düşmənlərindən biri artıq şəkərdir. Şirin qazlı içkilər, qablaşdırılmış şirələr, tort və şirniyyatlar qlükozanı piyə çevirməyə məcbur edir ki, bu da alkoqolsuz yağlı qaraciyər xəstəliyi, iltihab və sirroza gətirib çıxara bilər.

Arslanova həmçinin vurğulayıb ki, yağlı və qızardılmış yeməklər (fast food, kartof qızartması, yağlı ət), duzu çox olan qidalar (yarımfabrikatlar, konservlər), emal olunmuş ət məhsulları (kolbasa, sosiska, donuz basdırması), ağ çörək və digər zərif undan bişən məhsullar da qaraciyərə ciddi zərər verir.

Bundan başqa, həkim qeyd edib ki, civə tərkibi yüksək olan bəzi balıq növləri (məsələn, köpək balığı və qılınc balığı) da qaraciyər sağlamlığı üçün təhlükəlidir.

Beləliklə, həkimin sözlərinə görə, spirt qədər dağıdıcı təsir göstərən bir çox gündəlik qida məhsullarına diqqət edilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun