Xəstəliklər
Həkim ölümcül ürək xəstəliyinin əsas əlamətlərini
Xəstəliklər

Həkim ölümcül ürək xəstəliyinin əsas əlamətlərini açıqladı: Əgər qarnınızda....

E-saglam.az xəbər verir ki, həkim, "Gazeta.ru" ilə söhbətində bu ölümcül xəstəliyin əsas əlamətlərini sadalayıb.

Malay ürək çatışmazlığının əsas əlamətlərindən biri kimi təngnəfəslik və yüksək nəbz adlandırdı. Onun sözlərinə görə, təngnəfəslik ürəyin qanı normal şəkildə vura bilməməsi səbəbindən inkişaf edir ki, bu da ağciyərlərin şişməsinə və orada mayenin yığılmasına səbəb olur. Həmçinin, bu xəstəlik tez-tez həddindən artıq yorğunluq və zəiflik hissi ilə müşayiət olunur.

Bundan əlavə, kardioloq bildirib ki, ürək çatışmazlığı olan xəstələrdə ayaqlarda, topuqlarda şişlik və qarında mayenin yığılması müşahidə olunur: “Çəki artımını qeyd etməyə dəyər. Ürək çatışmazlığı olan insanların çoxu tədricən çəki alır. Bu, yağın yığılması ilə deyil, bədəndə, tez-tez qarın boşluğunda mayenin yığılması ilə əlaqədardır. Əgər gün ərzində çəkiniz bir kiloqramdan çox artarsa, bu, inkişaf etmiş ürək çatışmazlığının əlamətidir”.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun