Tibbi xəbərlər
Həkim kəsiklərin müalicəsində edilən
Tibbi xəbərlər
132

Həkim kəsiklərin müalicəsində edilən ümumi səhvi açıqladı

Terapevt Zoi Uilyams xəbərdarlıq edib ki, kəsiklərin düzgün müalicə olunmaması infeksiya və yara izlərinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, o, The Sun nəşrinə verdiyi açıqlamada insanların çox vaxt etdiyi səhvə toxunub.

İngiltərədə aparılan sorğu göstərib ki, insanların 40 faizindən çoxu qanaxma dayandıqdan sonra yaranı açıq saxlayır, çünki belə daha tez quruyacağını düşünür. Lakin Uilyams bildirir ki, bu yanaşma səhv və təhlükəlidir.

Həkimin sözlərinə görə, yaranın sağalması üçün onu sarımaq vacibdir. Bu, həm infeksiya riskini azaldır, həm də sağalma prosesini sürətləndirir. O, eyni zamanda nəmli mühit yaradan xüsusi məlhəmlərdən istifadə etməyi tövsiyə edir.

"Hətta kiçik və əhəmiyyətsiz görünən kəsiklər belə dezinfeksiya edildikdən sonra sarılmalıdır", – deyə Uilyams vurğulayıb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun