Tibbi xəbərlər
Həkim iyulun istiləşməsi təhlükəsi barədə
Tibbi xəbərlər
185

Həkim iyulun istiləşməsi təhlükəsi barədə xəbərdarlıq edir

İyulun istiləşməsi zamanı allergik reaksiyalar arta bilər.

E-saglam.az xəbər verir ki, bu barədə allergist-immunoloq Natalia Popova xəbərdar etdi. O , NEWS.ru ilə söhbətində bu təhlükədən danışıb.

Həkimin sözlərinə görə, isti havaların başlaması ilə çəmən otları həmişəkindən çox tozcuqlanmağa başlayacaq.

"Çəmən otu tozcuqları güclü allergendir, havada kiçik konsentrasiyada belə müxtəlif allergik simptomlar yarada bilir. Onun simptomlarına burun axması, burun tutulması, asqırma, gözlərin yaşlanması, gözlərin qızarması və qaşınması, həmçinin öskürək, nəfəs darlığı və döş qəfəsində xırıltılar daxildir", - immunoloq qeyd edib.

Popova əlavə edib ki, çəmən otlarının aktiv tozlanması nəticəsində yaranan allergiya tez-tez mülayim simptomlarla başlayır: "Məsələn, müntəzəm antihistaminiklərlə asanlıqla aradan qaldırılan burun axması. Vəziyyət getdikcə pisləşəcək: simptomlar güclənəcək, əvvəlki dərmanlar effektivliyini itirəcək və kəskinləşmə dövrləri uzanacaq".

Bundan əlavə, immunoloq qeyd edib ki, selikli qişanın daimi iltihablı vəziyyəti infeksiyalara qarşı həssaslığı artırır, allergiya xəstələrini soyuqdəymə və virus xəstəliklərinə qarşı daha həssas edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun