"Mirror" yazır ki, britaniyalı psixoloq Kellyn Lee demensiyanın çox vaxt nəzərdən qaçan bir əlamətinə diqqət çəkib.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, xəstələrdə günortadan sonra birdən-birə artan narahatlıq demensiyanın incə, lakin tipik simptomu ola bilər. Axşam yaxınlaşdıqca bu insanlar həyəcan, depressiya əlamətləri, aclıq hissinin artması və müxtəlif ağrılar yaşayırlar.
Psixoloq əlavə edir ki, günün bu vaxtı bəzi xəstələrdə dərmanlara qarşı həssaslıq yüksəlir, görmə zəifləyir, yorğunluq və ya əksinə, həddindən artıq həyəcan yaranır. Onlarda çölə çıxmaq istəməmək, ünsiyyətdən qaçmaq kimi davranışlar da müşahidə oluna bilər.
Bu hal demensiyanın istənilən mərhələsində mümkündür, lakin daha çox orta və son mərhələlərdə nəzərə çarpır. Kellin Li yaxınlarını müşahidə edən insanlara məsləhət görür ki, belə epizodlar zamanı onları sakitləşdirmək, diqqətini sevdiyi bir xatirəyə yönəltmək faydalı ola bilər. O, həmçinin simptomların günün hansı vaxtı baş verdiyini qeyd etməyi tövsiyə edir – bu, həkimlərin müalicə planını daha dəqiq tənzimləməsinə kömək edir.
Tərcümə: Könül Oruc