Tibbi xəbərlər
Həkim gənə və milçək vasitəsilə yayılan təhlükəli infeksiya
Tibbi xəbərlər
154

Həkim gənə və milçək vasitəsilə yayılan təhlükəli infeksiya barədə xəbərdarlıq edir

SberZdorovye tibb şirkətinin ümumi praktikantı, terapevt Anastasiya Ağayeva, insanlara heyvanlar və həşəratlarla təmas nəticəsində ötürülə bilən təhlükəli infeksiya – tulyaremiya barədə xəbərdarlıq edib.

E-saglam.az xəbər verir ki, Lenta.ru-ya verdiyi açıqlamada o, bu xəstəlikdən qorunmaq üçün vacib tövsiyələrini paylaşıb.

Mütəxəssisin sözlərinə görə, tulyaremiyaya Francisella tularensis adlı bakteriya səbəb olur. Bu mikrob insan orqanizminə yoluxmuş vəhşi və ya ev heyvanları ilə təmas zamanı, həmçinin gənə və birə dişləməsi, düzgün təmizlənməmiş qida məhsulları və çirklənmiş su vasitəsilə daxil ola bilər. Bakteriya torpaq, su və bitkilər üzərində də yaşaya bilir.

Tulyaremiyanın əlamətləri nələrdir?

Ağayeva bildirir ki, infeksiyadan 2–4 gün sonra xəstəlik qəfil başlayır. Əsas simptomlara aşağıdakılar daxildir:

  • Yüksək hərarət

  • Ümumi halsızlıq və əzələ ağrıları

  • Başağrısı, titrəmə

  • Öskürək və göz qızartısı

  • Limfa düyünlərinin böyüməsi və ağrılı olması

Tulyaremiya diaqnozu və müalicəsi

Tulyaremiyaya yoluxma şübhəsi olduqda, infeksionist həkimə müraciət etmək və xəstəxanada nəzarətə götürülmək tövsiyə olunur. Ağayevanın sözlərinə görə, vaxtında qoyulan diaqnoz və düzgün antibiotik müalicəsi ilə xəstəliyin proqnozu ümumilikdə müsbətdir.

Necə qorunmalı?

  • Heyvanlarla və onların yaşadığı ərazilərdə çalışarkən əlcək, maska və qoruyucu geyimlərdən istifadə edin

  • Meşə və kənd yerlərində qapalı geyim geyinmək və gənə əleyhinə spreylərdən istifadə etmək vacibdir

  • Həşərat və heyvanlarla təmasdan sonra dərinin zədələnmiş nahiyələrini antiseptiklə müalicə edin

  • Qida məhsullarını istehlakdan əvvəl yaxşıca yuyun və termik emaldan keçirin

Anastasiya Ağayeva əlavə edir ki, şəxsi gigiyena qaydalarına əməl etmək və açıq təbiətdə özünü qorumaq tulyaremiyaya yoluxma riskini əhəmiyyətli dərəcədə azaldır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun