Tibbi xəbərlər
Həkim alkoqol və zəhlətökən problem arasındakı
Tibbi xəbərlər
140

Həkim alkoqol və zəhlətökən problem arasındakı əlaqəni açıqlayıb

AiMed klinikasının oftalmoloqu Kirill Svetlakov göz qapaqlarının qeyri-ixtiyari səyirməsinin səbəblərini açıqlayıb.

E-saglam.az xəbər verir ki, nnun sözlərinə görə, bu problem tez-tez yuxusuzluqdan yaranır və insan normal yuxu rejiminə qayıtdıqda adətən öz-özünə keçir.

Mütəxəssis əlavə edib ki, qəhvə, çay və alkoqolun həddindən artıq qəbulu orqanizmdə kalium və kalsium çatışmazlığına gətirib çıxarır, bu da səyirməni gücləndirir. “Spirtli içkilər, enerji içkiləri və siqaret bədəni stress vəziyyətinə salır və nəticədə göz ətrafında pulsasiya yaradır”, – həkim qeyd edib.

Svetlakov həmçinin vurğulayıb ki, tez-tez baş verən səyirmələr mədə-bağırsaq problemləri, mikroelementlərin balanssızlığı, güclü stress və ya sinir şoku ilə də bağlı ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun