Türkiyə Qastroenterologiya Dərnəyinin baş katibi Prof. Dr. Ayhan Hilmi Çekin bildirib ki, son illərdə aparılan elmi araşdırmalar bağırsaqların sağlamlığın qorunmasında böyük əhəmiyyətə malik olduğunu ortaya çıxarıb.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, bağırsaqlardakı faydalı bakteriyaların bir çox xəstəliyə qarşı qorunmasında və immunitet sisteminin gücləndirilməsində mühüm rol oynadığını və birbaşa beyinlə əlaqəli olduğunu ifadə edən Çekin, son zamanlar bu sahədə ən çox rast gəlinən problemlərdən birinin irritabl bağırsaq sindromu olduğunu söylədi ( IBS).
Çekin, qıcıqlanmış (həssas) bağırsaq sindromunun həyati təhlükəsi olmayan bir xəstəlik olmadığını, ancaq insanın gündəlik həyat keyfiyyətini əhəmiyyətli dərəcədə təsir edə biləcəyini, təkrarlanan qarın ağrısı, qaz, şişkinlik, ishal və ya qəbizlik kimi simptomların insanın sosial və iş həyatını çətinləşdirə biləcəyini ifadə etdi. Bu vəziyyətin uzunmüddətli ola biləcəyini ifadə edən Çekin, düzgün müalicə planı, sağlam həyat tərzi və simptomları tətikləyən faktorlardan qaçınmanın xəstəliyin əlamətlərini böyük ölçüdə azalda biləcəyini söylədi.
Çekin bildirib ki, həssas bağırsaq sindromunu nəzarət altına almaq tamamilə mümkündür.
Tərcümə: Könül Oruc