Tibbi xəbərlər
Həcc ziyarətinə getmə qaydalarına dəyişiklik edildi
Tibbi xəbərlər

Həcc ziyarətinə getmə qaydalarına dəyişiklik edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi koronavirusa qarşı həyata keçirilən tədbirlər çərçivəsində bu il Həcc ziyarətinin yeni qaydalarını açıqlayıb.

“Haber Global” məlumat verir ki, yeni qərara görə, Həccə gedən qadınlar ziyarətlərini yanlarında kişi qəyyumu olmadan edə biləcəklər.

Nazirlik Həcc ziyarətinə gələnlərin internetdə qeydiyyatdan keçməsi üçün iki tarix seçib.

İlk qeydiyyat müddəti iyunun 13-dən 23-dək davam edəcək. İkinci qeydiyyat mərhələsi isə iyunun 25-də başlayacaq.

Namizədlərin son beş ildə Həcc ziyarətinə getməməli olduqlarını vurğulayan qurum bildirib ki, ilk dəfə gələnlərə üstünlük veriləcək.

Mənbə: oxu.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun