Xəstəliklər
Heç kim fərqinə varmır, lakin bu xəstəlik gecələr
Xəstəliklər
642

Heç kim fərqinə varmır, lakin bu xəstəlik gecələr gizlicə yayılmağa başlayır

Demansın ilkin əlamətləri çox vaxt gecə saatlarında ortaya çıxır.

E-saglam.az xəbər verir ki, mütəxəssislər yuxu rejimində dəyişikliklərin demansın erkən xəbərdarlıq siqnalları ola biləcəyini bildirirlər. Xəstəlik, yaddaş itkisi və şəxsiyyət dəyişikliklərindən əvvəl yuxuya getməkdə çətinlik, tez-tez oyanmalar və gündüz həddindən artıq yuxululuq kimi əlamətlərlə özünü göstərə bilər.

Neurology jurnalında dərc edilən araşdırmaya görə, yuxu pozğunluğu demans riskini iki dəfə artıra bilər. Xüsusilə orta yaşda qısa yuxu müddətləri sonrakı illərdə xəstəliyin inkişafına səbəb ola bilər. Mütəxəssislər yuxu problemlərinin təkcə yaşlılarda deyil, gənc insanlarda da erkən əlamət ola biləcəyini vurğulayırlar.

Əgər yuxu rejiminizdə anormal dəyişikliklər hiss edirsinizsə, vaxtında həkimə müraciət etmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun