Tibbi xəbərlər
Hava damara düşərsə nə baş verəcək?
Tibbi xəbərlər
887

Hava damara düşərsə nə baş verəcək?

İynə vurulanda və ya “sistem” qoyulanda ən çox qorxduğumuz nədir? Bəli, damara havanın düşməsidir.

Bir çoxumuzun fikrinə görə bu halda insan dərhal ölür. Lakin bu mifdir.  

E-saglam.az bildirir ki, damarın hava ilə tutulması (emboliya) və insanın bunun nəticəsində həlak olması o zaman mümkündür ki, iri damara birdən 20 kub.sm hava daxil olsun. Adi inyeksiya zamanı bu mümkün deyil. Şprisin daxilində gördüyümüz kiçik hava qabarcıqları damara daxil olarsa orqanizmdə sovrulacaq və heç bir ziyan vurmayacaq. Çox nadir hallarda iynə vurulan yerdə göyərmə əmələ gələ bilər.

“Sistem” qurtaranda xəstələr adətən qorxur ki, orada qalan hava damara keçəcək. Lakin bu fiziki olaraq mümkün deyil. Adətən “sistem” periferik damarlara (əl, qol, ayaq) vurulur. Bu damarlarda təzyiq yüksək olur ki, hava qabarcıqlarının damara daxil olması mümkünsüzdür. Diqqətlə baxsanız görərsiniz ki, “sistem” tam qurtaranda borucuqda mayenin bir hissəsi qalır və damara daxil olmur. 

Lakin tibbi manipulyasiyaların qaydalarına görə tibb bacıları bir qayda olaraq inyeksiya və ya “sistem” qoyduqdan əvvəl orada olan havanı çıxardırlar.

Daha mürəkkəb tibbi avadanlıqlarda havanı avtomatik olaraq çıxardan xüsusi filtrlər var.

Damarın hava ilə tutulması və bununla bağlı olan ölüm halları iri damarların zədələnməsi ilə müşayiət olunan ağır travmalar, əməliyyatlar, patoloji doğuşlar zamanı mümkündür. Lakin bu da çox nadir hallarda baş verir.(Saglamolun.Az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun