Tibbi xəbərlər
Harvard doktoru "evlərdəki 3 zəhərli əşya" deyərək açıqladı:
Tibbi xəbərlər
503

Harvard doktoru "evlərdəki 3 zəhərli əşya" deyərək açıqladı: Riskləri nələrdir?

Harvard həkimi Dr. Saurabh Sethi, evlərimizdəki bəzi gündəlik əşyaların sağlamlıq üçün təhlükəli ola biləcəyini açıqladı.

E-saglam.az bildirir ki, o, ətirli şamların çoxunun hormonlara təsir edən ftalatlar kimi maddələr ehtiva etdiyini vurğuladı. Bu maddələr uzun müddətli istifadədə reproduktiv problemlər və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Dr. Sethi, ətirsiz və təbii materiallardan hazırlanmış şamlara üstünlük verməyi təklif edir, çünki onlar daha təmiz yanır və ətraf mühitə də daha az zərər verir.

Plastik kəsmə lövhələri də risk daşıyır, çünki bu lövhələrdən mikroplastiklər çıxaraq qidaları çirkləndirə bilər. Bu maddələr insan orqanizminə daxil olaraq uzunmüddətli sağlamlıq problemlərinə yol aça bilər. Dr. Sethi, taxta və ya şüşə kəsmə lövhələrinə keçməyi tövsiyə edir, çünki onlar daha təhlükəsizdir və zərərli maddələr buraxmazlar.

Cızıqlanmış yapışmayan tavalar da bir başqa təhlükədir. Bu tavalar cızıldıqda və ya qırıldıqda, perfluoroalkil maddələri buraxaraq reproduktiv sağlamlıq problemlərinə səbəb ola bilər. Dr. Sethi, bu cür tavaların paslanmayan polad və ya çuqun qablarla əvəz edilməsini məsləhət görür. Bu materiallar daha davamlıdır və qidaya zərərli kimyəvi maddələr qatmaz.

Bu sadə dəyişikliklər evdəki sağlamlıq risklərini azaldaraq daha təhlükəsiz və sağlam bir yaşam sahəsi yaratmağa kömək edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun