Faydalı
Hansı su faydalıdır? - Keyfiyyətli suyun xüsusiyyətləri
Faydalı

Hansı su faydalıdır? - Keyfiyyətli suyun xüsusiyyətləri

Təmiz, faydalı su rəngsiz, şəffaf, qalıqsız, qoxusuz, bakterioloji cəhətdən təmiz, toksik maddələri olmayan sulardır.

E-saglam.az xəbər verir ki, təmiz suda ammonyak və nitrat olmaz. Bu maddələrin olması suyun çirkləndiyini göstərir. Suda nitratın olması suyun aşırı dərəcədə çirkləndiyinin göstəricisidir. İçməli suda olan bu maddələr çox təhlükəlidir. Xüsusilə uşaqlar üçün bu daha da risklidir.

Ən təmiz su hansıdır?

Suyun sərtliyi onun keyfiyyətini təyin edən bir amildir. Sərt su daha sağlam sudur. Ancaq sərt su içmək biraz çətindir. Buna görə, 1 litr suda 10 milliqram kalsium karbonatın yaratdığı sərtlik dərəcəsi 1 olaraq təyin olunur.
Suyun pH dərəcəsi neçə olmalıdır?

Suyun keyfiyyətini göstərən digər bir əlamət pH dərəcəsidir. Suyun pH-nın 7.2-8.5 arasında olması orqanizm üçün daha faydalıdır.

Suyun harada saxlandığı da çox önəmlidir. Ən düzgünü şüşədə saxlanılmasıdır. İstifadə etdiyimiz və daşımaq baxımından rahat olan plastik qabdakı sulardan alırsınızsa evdə şüşəyə boşaldıb istifadə edilməsi daha faydalıdır.

Ümumiyyətlə, ən yaxşı su bulaq suyudur. Su torpaq altındakı mineralları yer altından bizə çatdırır. Bu zaman su yalnız maye ehtiyacımızı qarşılamır, tərkibindəki minerallarla orqanizmimizə bir çox fayda verir. /medicina.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun