Sağlam yaşamağın əsas şərtlərdən biri sağlam qidalanmaqdan keçir. Təsadüfi deyildir ki, xəstəliklərin əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar baş verir. Ən çox edilən səhvlərdən biri qidalanma zamanı heç bir prinsipə riayət etməməkdir. Qəbul etdiyimiz qidaların bədənimiz üçün həm faydalı, həm də ziyanlı çeşidləri var. Bəs sadəcə faydalı qidaları qəbul etməyimiz bizim sağlam yaşamağımız üçün kifayətdirmi?
E-saglam.az-ın məlumatına görə, təcrübələr göstərir ki, elə faydalı qidalar da vardır ki, onları birlikdə qəbul etməyimiz bədənimizdə müəyyən fəsadlar törədə bilər. Yəqin ki, “yemiş ilə bal yeməzlər” məsəlini eşitmisiniz. Lap qədim zamanlardan yemişin bal ilə birlikdə yeyilməsi insanlar tərəfindən ziyanlı kimi qəbul olunub. Alimlərin araşdırmalarına görə meyvələrin şəkərli qidalarla birlikdə qəbul edilməsi çox ciddi xəstəliklərə səbəb ola bilər. Qarpız, yemiş ilə bərabər bal, mürəbbə, şərbət qəbul etmək qan şəkərimizi tarazlamaq baxımından çox təhlükəlir. Buna baxmayaraq elə insanlar da vardır ki, onlar yemiş və balı birlikdə heç bir problem yaşamadan yeyə bilirlər. Lakin balı yemişlə birlikdə yeyib heç bir problem yaşamayan insanlar barmaqla sayıla bilər. Həkimlər meyvələrin şəkərli qidalarla birlikdə qəbul edilməsinin sağlam insan üçün belə risk hesab edir.Buna görə də, bu iki faydalı qidanı birlikdə qəbul edərək sağlamlığımızı təhlükə qarşısında qoymayaq.
Bəzi qidalarla birlikdə qəbul edilməməsi gərəkən faydalı qidalardan biri də toyuqdur. Toyuğun balıq, qatıq, süd, yumurta ilə birlikdə yeyilməsi sağlamlığımız baxımından ziyanlıdır. Eyni zamanda toyuğun turşularla birlikdə qəbul edilməsi qulunc xəstəliyinə səbəb ola bilər.
Plov ölkəmizdə çok sevilən ve olduqca çox qəbul edilən bir yemektir. Bayram süfrələri, toy-düyünlərimizin bəzəyi olan plov və düyülü qidaları yeyəykən sirkəli turşu ve salat qəbul etmək olduqca zərərlidir. Buna görə də düyü ilə sirkəni bir araya gətirməməkdə fayda var.
Soğanı çox sevən bir millət olaraq yeməklərimizdən və süfrələrimizdən əksik etmirik. Əsas da bu pandemiya dövründə immunitetimizi qaldırmaq üçün bol-bol soğan, sarımsaq qəbul etməyimiz söylənilir. Fəqət soğanı qəbul edərkən diqqətli olmaqda fayda var. Bu qidanın çox istifadə olunması dəridə səpgilərin yaranmasına səbəb ola bilər. Soğanı sarımsaqla birlikdə qəbul etmək bədənimiz üçün ziyanlıdır. Bu məddələr mübadiləsinin pozulmasına və başınızın hərlənməsinə səbəb ola bilər.
Birlikdə qəbul edilməməsi gərəkən qidalardan biri də süddür. Südün yumurta, pendir, qatıq kimi qidadlarla qəbul edilməsi bədənimiz üçün ziyandır.Eyni zamanda alimlər süd ilə birlikdə və hətta eyni gündə şərab qəbul edilməsinin təhlükəli olduğunu , qut xəstəliyinin yaranmasına səbəb olduğunu xüsusilə vurğulamışlar.
Müəllif: Bahar Haşimli